Rusiya hərbi aviasiyasının Suriyada apardığı antiterror əməliyyatı davam edir. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, RF Müdafiə Nazirliyinin açıqlamasında ötən sutka ərzində aviasiyanın 22 uçuş həyata keçirdiyi, Humus, Hama və Rakkada 27 mövqeni məhv etdiyi bildirilir. Nazirliyin açıqlamasında o da bildirilir ki, aviareydlər Su-34, Su-24M və Su-25 təyyarələrilə həyata keçirilib. Həmçinin bombardmana Latakiya əyalətinin Cəbəl Əkrad, Əl-Tamana, Səf-Səfa, Səlma, hizeyrin və Ərəfat kəndləri məruz qalıb.
İtkilər barədə xəbər verilmir.