Aleppoda Anadolu Agentliyinin müxbiri həlak olub. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Salih Mahmud Leyla terroristlərin avtomobili partlatması nəticəsində dünyasını dəyişib. Yerli mənbələr terror aktının İŞİD tərəfindən törədildiyini bildirir.
Suriya hadisələri başlayandan ən qaynar nöqtələrdən reportajlar hazırlayan mərhum jurnalist bu ilin iyul ayında Alepponun Cəmiyyət əz-Zəhra rayonunda yaralanaraq Türkiyədə müalicə almışdı. Onun çəkdiyi fotolardan dünyanın bütün xəbər agentlikləri istifadə edirdi. Ixtisasca kompyuter mühəndisi olan 27 yaşlı Salih Mahmud ötən il evlənmişdi, övlad gözləyirdi.