Abşeron RPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Masazır qəsəbəsində yaşayan Gülnar Muradovanın evindən 2250 manat pul və qızıl zinət əşyaları oğurlamış tanışı Rəmzi Əliyev tutulub. Bu barədə baki-xeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib.
Fakt üzrə cinayət işi açılıb, onun digər bu tip cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.