Pentaqon Amerika mənbələrinin 4 Rusiya qanadlı raketinin İran ərazisinə düşməsilə bağlı xəbəri şərh etməyib.Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir.
"Mən bu suala cavab verə bilmərəm. Onu Rusiyaya, yaxud İrana ünvanlayın” – deyə ABŞ Müdafiə nazirliyinin sözçüsü bildirib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov isə bir neçə raketin Suriyadakı hədəfinə çatmayaraq İran ərazisinə düşməsi xəbərini birmənalı təkzib edib.
Qeyd edək ki, daha öncə CNN Rusiyanın Xəzərdən Suriya ərazisinə atdığı 26 raketdən 4-nün hədəfə gedib çatmayaraq İran ərazisinə düşməsi barədə xəbər yayıb.