ABŞ mənbələrinin xəbərinə görə, Rusiyanın Xəzər dənizindəki hərbi gəmilərindən Suriyaya atdığı 26 qanadlı raketdən 4-ü İran ərazisinə düşüb. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə "Reuters” xəbər yayıb. Hələlik qurbanlar haqqında məlumat verilmir. Rusiyanın Müdafiə Nazirliyi də xəbəri şərh etməyib.
Xatırladaq ki, Rusiyanın Xəzərdəki döyüş gəmiləri Suriyada 11 hədəfə qarşı 26 raket atışı həyata keçirib. Bu, rus və sovet hərb tarixində yerüstü obyektlərin vurulmasında qanadlı raketlərin ilk istifadəsidir.