Peşmərgə kürd könüllü birləşməsi özünün tvitter səhifəsində Rusiya qanadlı raketlərinin uçuşunu göstərən videokadr yerləşdirib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadla bildirir. "Rus raketləri Kürdüstan səmasından uçaraq Suriya müxalifətinin mənzil-qərargahının yerləşdiyi əraziyə doğru istiqamət götürmüşdü” – deyə peşmərgənin tvitter qeydlərində bildirilir.
Xatırladaq ki, oktyabrın 7-də Rusiya özünün Xəzərdəki Flotiliyasından Suriyada "İslam dövləti”ni məhv etmək üçün 26 qanadlı raketini buraxıb. 11 hədəfi vurmalı olan raketlər İran və İraq üzərindən uçmaqla 1500 kilometr məsafə qət edib.