Türkiyənin Turkcell mobil operatoru Krım rəhbərliyinə yarımadada öz xidmətlərini təklif edib. Baki-xeber.com-a bu barədə "İnterfaks” agentliyindən bəlli olub.
Bu məsələ ilə bağlı planlar haqqında Turkcell-in tərkibinə daxil olan Turkcell Untash-in baş direktoru Murad Karataş danışıb. Onun sözlərinə görə, mobil operator hazırda Krım ərazisində fəaliyyətdə olan Life operatorunun infrastrukturunu istifadə etməyə hazırlaşır. Karataş deyib ki, işin formatı gələcəkdə dəqiqləşəcək, ola bilər ki, yeni operator yaransın. Onun sözlərinə görə, hər şey Krım Respublikası rəhbərliyinin qərarından asılıdır.
Hazırda yarımadada "K-Telekom” əlaqəsinə bağlı yalnız bir mobil operator fəaliyyət göstərir. Daha əvvəl sanksiyalar üzündən burada ikinci operatorun fəaliyyəti mümkünsüz sayılırdı.