Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, ilk öncə MSK-nın qərarı ilə 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib. Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsi əsasında müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Baki-xeber.com