Amerika məmurları "İslam dövləti” terrorçularının yaydıqları videoroliklərdə gözə dəyən çoxlu sayda "Toyota” cipi terrorçuların haradan əldə etdiyini araşdırmağa başlayıb. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə ABC telekanalı xəbər yayıb.
Kompaniyanın özündə deyiblər ki, bu barədə onlarda heç bir məlumat yoxdur və məsələnin araşdırılmasında Amerika Maliyyə nazirliyinin ekstremist fəaliyyətin maliyyələşdirilməsini araşdıran bölməsi ilə bu mövzunun araşdırılmasında əməkdaşlığa hazırdırlar.
"Biz xəzinədarlığa "Toyota”nın Yaxın Şərq üzrə çatdırılma nöqtələri və satış trayektoriyası barədə məlumat verdik və bunu təhlükəsizlik məqsədilə etdik”- deyə şirkətin Vaşinqtondakı nümayəndəsi Ed Luis bildirib. O əlavə edib ki, "Toyota” öz avtomobillərinin terror və digər fəaliyyətlərdə istifadə olunmaması məqsədilə müştəri seçiminə çox həssas yanaşır. Lakin Luis vurğulayıb ki, kompaniyanın öz istehsalı olan avtomobillərin harada kim tərəfindən oğurlandığını və təkrar kimlərə satıldığını izləmək imkanı yoxdur.
İraqın ABŞ-dakı səfiri Lukman Fayli isə deyib ki, İŞİD köhnə ciplərə əlavə olaraq yüzlərlə yenisini əldə edib.
Qeyd olunur ki, terrorçuların yaydığı videogörüntülərdə "Toyota Hilux” və "Land Cruiser” avtomobillərindən başqa digər markalar çox nadir hallarda gözə dəyir. Eks Amerika səfiri isə təəssüflə qeyd edib ki, "Toyota Hilux” və "Land Cruiser” artıq terrorçuların brendinə çevrilir.