Türkiyə HHQ-nin Suriya ilə sərhədində patrul xidməti həyata keçirən təyyarələri bir müddət hədəfdə saxlanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında "Gündəlik fəaliyyət” adı altında yerləşdirilən informasiya yerləşdirilib. Həmin informasiyada bildirilir:”Hansı ölkəyə məxsus olduğu bəlli olmayan MiQ-29 təyyarəsi açıq radarlarla 4 dəqiqə 30 saniyə bizim təyyarələrimizi hədəfdə saxlayıb. Təyyarələrimiz, eyni zamanda, Suriyada dislokasiya olunmuş SA raket sistemləri tərəfindən də 4 dəqiqə 15 saniyə hədəfdə saxlanıb”.