Zaqatala polisi rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan şəxsləri saxlayıb. Baki-xeber.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bunlar Qandax kəndində yaşayan keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanovdur.
Üzərlərinə baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.