Suriyanın müxalifət və inqilabi qüvvələr koalisiyası Rusiyanı İŞİD-dən azad olunmuş ərazilərinin 2000 illik tarixini məhv etməkdə suçlayıb.
"Koalisiya 4 oktyabr tarixində Rusiya qırıcılarının İdlib əyalətinin Cəbəl əz-Zaviyə regionunun Sercilla yaşayış məntəqəsindəki 2000 illik tarixə malik antik abidələri aviazərbələrə məruz qoymasını şiddətlə qınayır” – deyə koalisiyanın press-relizində bildirilir. Açıqlamada o da bildirilir ki, regionda İŞİD-in mövcudluğuna dair heç bir əlamət yoxdur.
Sənəddə bildirilir ki, indiyə qədər Əsəd rejiminin 260 tarixi regionu bombardmana məruz qoyması və İŞİD-in Palmira antik şəhərini yer üzündən silməyə çalışması azmış kimi, indi də Rusiya hərbi hava qüvvələrinin təyyarələri bu tarixi məkanlara dağıdıcı zərbələr endirir. Koalisiya, eyni zamanda, BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə xüsusi idarəsini və regional təşkilatlarını Rusiyanın işğalçı siyasətini qınamağa və tarixi məkanları qorumağa çağırıb.