Cümə axşamı günü, 05 noyabr 2026
     

"Heydər Əliyev və Azərbaycanın dövlət idarəetmə modeli" mövzusunda elmi-praktik seminar keçirilib

Image


Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Liderinin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə "Heydər Əliyev və Azərbaycanın dövlət idarəetmə modeli” mövzusunda elmi-praktik seminar keçirilib.

Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva çıxış edərək elmi-praktik seminarın əhəmiyyətindən söz açıb. Bildirib ki, Mərkəzin təşkil etdiyi elmi-praktik seminarlarda Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzular müzakirə edilir, Ulu Öndəri yaxından tanıyan, onunla birgə işləmiş şəxslər, ictimai-siyasi xadimlərin məruzələri dinlənilir. İndiyədək "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, "Heydər Əliyev və Azərbaycan elmi”, "Heydər Əliyev və Azərbaycan dili” və digər mövzularda müzakirələr təşkil olunub.

Budəfəki seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun məruzəsi dinlənilib. O, Ulu Öndərin rəhbərliyi altında beynəlxalq norma və prinsiplərə uyğun milli dövlət quruculuğu, bu istiqamətdə həyata keçirilən sistemli və ardıcıl islahatlar, Azərbaycanın inkişaf strategiyası barədə məlumat verib. Akademikin çıxışı videomateriallarla müşayiət olunub.

Məruzədə bildirilib ki, Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ötən illərdə iqtisadiyyatın və ictimai həyatın bütün sahələrində mühüm məqsədlərə nail olunub, ölkə keyfiyyətcə yeni modernləşmə mərhələsinə daxil olub. Hazırkı mərhələnin başlıca prioritetləri çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının ən qabaqcıl beynəlxalq standartlara çatdırılmasıdır.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində innovativ islahatları uğurla davam etdirir. Ölkənin XXI əsrdə innovativ modernləşmə mərhələsinə keçməsini, cəmiyyətin zamanın ruhuna uyğun olan yeni duruma transformasiyasını daha da sürətləndirəcək istiqamətlər və prioritetlər müəyyənləşdirilir.

Vurğulanıb ki, bu nailiyyətlərin əsasında müasir müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin imzası durur. Ümummilli Lider XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin meyillərini uzaqgörənliklə göstərib. Onun "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və sonrakı çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla, həm də XXI əsrin siyasi və sosial-iqtisadi inkişafının konsepsiyası və aydın proqramıdır. Ulu Öndər həmin müraciətində deyib: "Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Qeyd olunub ki, Ulu Öndərin müdrik siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük sürətlə yeniləşən Bakı şəhəri və regionlarımız, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən irimiqyaslı layihələr, sosial sahədə sıçrayış və digər uğurlar məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada analoqu olmayan özünəməxsus inkişaf modeli ortaya qoyub. Həmin model ilk növbədə cəmiyyətin başlıca ideyası - intellektual potensiala əsaslanan kreativ millətin formalaşdırılması ideyasına köklənib.

Diqqətə çatdırılıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş və bu gün böyük uğurla inkişaf etdirilən tərəqqi strategiyasının başlıca amili insan potensialının formalaşması, onun daim təkmilləşdirilməsi və səfərbər olunmasıdır.

Hələ Azərbaycanda siyasi hakimiyyətin ilk mərhələsində Heydər Əliyevin ölkənin parlaq və müstəqil gələcəyinə hesablanmış addımlarından biri də azərbaycanlı gəncləri keçmiş sovet birliyinin nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrü ölkəmizin inkişafının intibah dövrü kimi dəyərləndirilməlidir. Əgər həmin dövrdə Azərbaycan o qədər inkişaf etdirilməsəydi bugünkü müstəqilliyimiz əsl reallığa çevrilməzdi. Həmin dövrdə respublikamızın hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olunub. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilədək ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizə yüksəlib. Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilib.

Azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün Ulu Öndərin həmin illərdəki uzaqgörən siyasəti, konkret fəaliyyəti, atdığı cəsarətli addımlar əslində tarixi missiyanın həyata keçirilməsi idi.

Təhsilin inkişafına 1993-cü ildən sonra da xüsusi qayğının göstərilməsi Ümummilli Liderin daha çox diqqət mərkəzində olub, vətəndaşların təhsil hüquqları məhz onun rəhbərliyi ilə işlənmiş və qəbul edilmiş Konstitusiyada dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırılıb, bütün Şərqdə ilk dəfə olaraq ümumi icbari orta təhsilin həyata keçirilməsinə başlanılıb.

Göründüyü kimi, Ulu Öndər insan potensialının inkişafına dair geniş tədbirlərə hələ 1970-ci illərdə başlayıb. BMT insan potensialının inkişafı ilə bağlı ilk qlobal çalışmalara isə yalnız 1990-cı illərdə, yəni, Heydər Əliyevin bu sahədə islahatlarından təqribən 20 ildən sonra start verib. Azərbaycandan fərqli olaraq, BMT-nin bu istiqamətdə sistemli təşəbbüsləri və bu strateji istiqamətin təhlilinə və inkişafına həsr olunmuş ilk hesabatları yalnız XX əsrin son on illiyinə təsadüf olunur.

Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında müasir anlamda insan potensialının inkişafı ilə bağlı vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlil və qiymətləndirmələr əsasında insan inkişafı prosesinin idarə edilməsi də ilk dəfə Ümummilli Lider tərəfindən həyata keçirilib. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasında BMT-nin İnkişaf Proqramı ilə birlikdə insan inkişafı haqqında ilk hesabatlar hazırlanıb. Habelə BMT-nin Azərbaycanda İnsan İnkişafına dair 1996-cı il hesabatı dünyada ən uğurlu, inkişaf prosesinin nəzəriyyəsi və praktikasına yenilik gətirən hesabatlar sırasına daxil edilib.

İctimai-siyasi xadimlərin, ali təhsil və elm müəssisələrinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri elmi-praktik seminarın sonunda suallar cavablandırılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ