Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu barədə baki-xeber.com AzerTAc dövlət agentliyinə istinadən bildirir.
Xəbərə görə, Qanunun 14-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib: "Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi sənədlərə əlavə olunur”. Dəyişiklik dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur.
Layihə səsə qoyularaq qəbul edilib.