Ağ Evin mətbuat katibi Coş Ernest Vaşinqtonda gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, NATO müttəfiqləri Türkiyənin hava sərhədlərinin pozulmasını aktiv müzakirə edir. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadla xəbər verir.
"Biz Risiya təyyarəsinin Türkiyənin hava sərhədlərini pozmasını provokasiya kimi qiymətləndiririk və bundan böyük narahatlıq hissi keçiririk” – deyən Ağ Ev sözçüsü onu da bildirib ki, Rusiyanın bu cür hərəkətləri regionu dini müharibəyə sürükləyə bilər.
"Rusiya Əsəd rejiminə yardımını genişləndirir, müxalifəti isə bombalayır. Hətta iran silahlı qüvvələrilə əməkdaşlığı barədə informasiyalar var. Bununla da Rusiya mülayım sünnüləri özünə qarşı qaldırır. Bu isə ondan ötrü böyük risqdir. O bu qüvvələrin hədəfinə çüvrilir. Unutmayaq ki, Rusiyanın özünün də müsəlman əhalisi azlıq təşkil etmir” – deyə Ernest bildirib.
ABŞ Xarici işlər nazirliyinin rəsmisi Mark Toner isə gündəlik brifinqdə Rusiya təyyarəsinin Türkiyə hava məkanına müdaxiləsini məsuliyyətsizlik adlandırıb. "Açığını deyim ki, biz bu hərəkəti həm təhlükəli, həm provokativ, həm də aöılsız kimi qiymətləndiririk. Bu həm də pilotların həyatını risqə atmaq deməkdir” – deyə Toner bildirib.
Xatırladaq ki, 3 oktyabr 2015-ci il tarixdə Rusiyaya məxsus hərbi təyyarə Türkiyənin hava sərhədlərini pozub. Dərhal Türkiyə tərəfinin iki F-16-sı havaya qaldırılıb. Bundan sonra Rusiya təyyarəsi Suriyaya istiqamət götürüb.