Bu gün axşam Məhəmməd peyğəmbərin saç tükü Moskvaya aparılacaq. Bu barədə baki-xeber.com TASS agentliyinin xəbərinə əsasən bildirir. Xəbərdə xatırladılır ki, müqəddəs əşyanı Moskvada yeni açılmış Məscidə Çeçenistan prezidenti Ramzan Kadırov hədiyyə edib.
"Müqəddəs əşya Moskva Məscidinə yerli vaxtla saat 18:00-da – axşam namazı zamanı çatdırılacaq və gecə saatlarına qədər arzu edən hər kəs ona toxuna biləcək” – deyə Rusiya müsəlmanları ruhani idarəsindən bildirilib. Eyni zamanda o da qeyd olunub ki, müqəddəs əşya Məsciddə zirehli vitrində saxlanacaq və inanc sahibləri yalnız dini bayramlarda onu görə biləcək. Qalan vaxtlarda isə müqəddəs əşya "xüsusi mühafizə olunan yerdə” saxlanacaq.
Təqdimetmə mərasimində Rusiya müsəlmanları ruhani idarəsinin başçısı Ravil Qaynutdin, Çeçenistan prezidentinin müşaviri və biznesmen Süleyman Kərimov iştirak edəcək.
Daha öncə xəbər verilmişdi ki, müqəddəs əşyanı Məscidə Ramzan kadırov şəxsən təqdim edəcək.