Qaziantepdə, İslahiyyə rayonunda PKK-çıların hücumu nəticəsində bir hərbçi həlak olub. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Terrorçular Jandarmeriya Amanos dağının ətəklərində xüsusi əməliyyat keçirərkən onlara hücum edib. Yaralı hərbçi helikopterlə Çukurova univesitetinin Balcalı hospitalına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Teraktın ardından dərhal bölgədə xüsusi əməliyyat başladılıb.