Rusiya Müdafiə Nazirliyi Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozması ilə bağlı insidentə aydınlıq gətirib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir.
Nazirlikdən bildiriblər ki, insident qeyri-münasib hava şəraiti üzündən baş verib. Hərbçilər qeyd edib ki, bundan sonra belə halların baş verməməsi üçün müvafiq tədbirlər görülüb. Nazirlikdən onu da bildiriblər ki, türk təyyarələrinin kimə aid olduğu bilinməyən MiQ-29 qırıcısı tərəfindən təqib olunması olayının Rusiya aviaqrupu ilə heç bir əlaqəsi yoxdur.
Daha öncə ABŞ dövlət katibi Con Kerri və NATO Suriya-Türkiyə sərhədində baş verənlərlə bağlı narahatlıqlarını bildirmiş, Rusiyanı baş verənlərə aydınlıq gətirməyə çağırmışdı.