Suriyanın üsyançı qrupu Rusiya, ya da Suriya hərbçilərinə aid ola biləcək bir təyyarənin vurulduğu barədə xəbər yayıb. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, hərbi təyyarə qırıcılar tərəfindən Dəməşqdən kənarda vurulub. Maraqlıdır ki, təyyarənin vurulma anı təsadüfən videokadra düşüb və kadrlarda son anda pilotun katapult etməyə nail olduğu görünür. Lakin hələlik bu barədə rəsmi məlumat yoxdur.
Daha öncə Suriya XİN başçısı Valid Muallem əminliyini bildirib ki, Suriya ilə Rusiya arasındda koordinasiya olunmuş əməkdaşlıq terror qrupları ilə mübarizədə qələbənin əldə olunmasına gətirəcək.