Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 20 oktyabr Ümumdünya Statistika Günü ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə start verir.
Müsabiqənin mövzusu "Daha təkmil statistika - daha yaxşı həyat"dır.
Müsabiqənin məqsədi Ümümdünya Statistika Günü ilə əlaqədar Azərbaycan statistikasının tarixi, bugünü və gələcək inkişaf perspektivləri, sosial iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmadır. Yazıların qəbulu 23 sentyabr 2015-ci il tarixdən başlayır, 14 oktyabr 2015-ci il tarixdə başa çatır.