"İslam dövləti”, "Ən-Nüsra Cəbhəsi” və "Ceyş əl-Yarmuk” terrorçu qruplaşmalarının 3 mindən çox üzvü Suriyanı tərk edərək İordaniyaya gedib. Baki-xeber.com-un məlumatına görə, bu barədə RİA "Novosti” yerli mənbəsinə istinadən xəbər yayıb.
""İslam dövləti”, "Ən-Nüsra Cəbhəsi” və "Ceyş əl-Yarmuk” qruplaşmalarının 3 mindən çox üzvü Rusiya təyyarələrinin aviazərbələri üzündən İordaniyaya qaçıb. Onlar ordunun bütün cəbhə boyu aktivləşməsindən qorxur” - deyə o, açıqlamasında agentliyə bildirib. Mənbə onu da deyib ki, terrorçular bu qərarı Rusiya təyyarələri Dəməşqin Deyr əz-Zor əyalətini, eyni zamanda Homs və Palmira şəhərlərini bombaladıqdan sonra qəbul edib.
Qeyd edək ki, Britaniya xarici siyasət idarəsinin başçısı Rusiyanın Suriyadakı hərbi fəaliyyətini "müharibənin asimmetrik üsulla aparılması” adlandırıb.