Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, terrorçularla Qərb dövlətləri eyni işi görür. Bu barədə SANA agentliyi bildirib. "Onlar baş verənləri humanitar fəlakət kimi təqdim edirlər, guya ürək ağrısı keçirdiklərini bildirirlər, reallıqda isə Suriyanı üz-üzə qoyduqları terrorizmi və sanksiyaları dəstəklədikləri üçün baş verənlərdə birbaşa məsuliyyət daşıyırlar” – deyə Əsəd bildirib. Onun sözlərinə görə, bu səbəbdən ölkənin bir çox hissəsində normal həyat əlçatmazdır. "Bir tərəfdən terrorizm, digər tərəfdən bu ölkələr eyni işi görür. Onlar terroristlərə hücum edir, lakin yürütdükləri siyasət çərçivəsində özləri də terroristdirlər”- deyə Suriya lideri bildirib. O qeyd edib ki, məsələnin daha bir ağrılı tərəfi qaçqınlqrdır: onlar bir əllərilə qaçqınlara atəş açır, digərilə onları qidalandırırlar. "Budur Avropanın və Qərbin mahiyyəti”- deyə o, fikrini yekunlaşdırıb.
Baki-xeber.com