Rusiyanın Xmeymim aviabazasında yerləşən aviasiyası İŞİD mövqelərinə sutka ərzində 10 aviazərbə endirib. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunur ki, Rusiyanın Su-34, Su-24M və Su-25 təyyarələri 20 uçuş həyata keçirib. Su-25-lərin İdlib əyalətindəki terrorçuların təlim düşərgəsinə hücumu nəticəsində "şəhid kəmərləri” hazırlayan atelyenin də dağıdıldığı bildirilir. Bundan əlavə, bandit qruplaşmasının 3 sursat anbarı da havaya uçurulub. Baş qərargahdan bildirilib ki, İŞİD obyektlərinə hücum nəticəsində terrorçuların idarəetmə və maddi-texniki təchizat sistemini dağıtmaq mümkün olub, eyni zamanda onların Suriya və İraqda teraktlar törətmək üçün istifadə etdiyi infrastruktura ciddi ziyan vurulub.