Britaniyanın baş naziri Devid Kemeron Rusiya prezidenti Vladimir Putinin suriya ərazisində hərbi əməliyyatlar keçirmək barədə qərarını "dəhşətli səhv” adlandırıb. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir.
"Cəllad Əsədə dəstək verirlər, bu isə həm onlar, həm də dünya üçün dəhşətli səhvdir. Bu, regionu daha qeyri-stabil vəziyyətə gətirəcək” – deyə o bildirib. Kameronun sözlərinə görə, Rusiya HHQ-nin aviazərbələrinin əksəriyyəti "İslam dövləti”nin nəzarət etmədiyi məntəqələrə atılır ki, burada da Əsədə qarşı olan digər qüvvələr mövqe tutub.
Daha öncə Almaniya kansleri Angela Merkel bidirib ki, Suriya böhranını yalnız hərbi yolla çözməyə çalışmaq doğru istiqamət deyil.