Azərbaycanda Rusiya Federasiyası hüquq-mühafizə orqanlarının axtarışa verdiyi şəxslər tutulub. Baki-xeber.com-un daxili İşlər nazirliyinin mətbuat xidmətindən aldığı xəbərə görə, bunlar Əvəz Nağıyev və Seymur Məmmədovdur. Ə.Nağıyev RF Cinayət Məcəlləsinin adam oğurluğu, S.Məmmədov isə zorlama maddəsilə ittiham olunur. Respublika Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs göz altına alınıb.