Qaradağ rayonu ərazisində maşın oğruları saxlanıb. Bu barədə baki-xeber.com-a daxili İşlər nazirliyinin mətbuat xidmətində bəlli olub. Belə ki, oktyabrın 2-də saat 06 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Moskviç 412” markalı avtomobil şübhə doğurduğundan saxlanaraq, sürücüsü, Bakı şəhər sakini Ruslan Kərimov, sərnişinləri Vasiliy Maslakov, Rövşən Gülümcanov, Qəbələ rayon sakini Emil Bəkirov və Qazax rayon sakini Elçin Quliyev 10-cu Polis Bölməsinə aparılıb. Araşdırmalar zamanı onların qeyd edilən avtomobili həmin gün Yasamal rayonu B.Səfəroğlu küçəsindən qaçırdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.