Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiyanın "İslam dövləti” terrorçu təşkilatına qarşı Suriyada başladığı aviaəməliyyatları dəstəklədiyini bəyan edib. Bu barədə baki-xeber.com "İnterfaks”a istinadən xəbər verir.
"Düşünürəm ki, Suriya da daxil olmaqla, "İslam dövləti”nə qarşı istənilən ölkədə aparılan mübarizə Qırğızıstanin maraqlarına uyğundur və bu planda biz Rusiyanın İŞİD mövqelərinə aviazərbələrini dəstəkləyirik” - deyə qırğız prezident bildirib. Atambayev onu da deyib ki, bu ilk effektiv zərbələrdir: ”Buna qədər sanki hansısa oyun gedirdi – İŞİD bombalanırdı, amma eyni zamanda daha da güclənir və böyüyürdü”.