Rusiya Silahlı qüvvələri baş qərargah rəisi, general-polkovnik Andrey Kartapolov bəyan edib ki, Suriyada "İslam dövləti”nin nəzarət etdiyi rayonlardan terrorçu qrupun 600-ə yaxın üzvünün gedişi qeydə alınıb. Bu barədə Müdafiə Nazirliyinin gazeta.ru-ya daxil olan press-relizində deyilir.
O həmçinin qeyd edib ki, onlar mövqelərini tərk edərək Avropaya keçməyə cəhd edirlər. "Kəşfiyyat qeydə alır ki, onlar nəzarət etdikləri rayonları tərk edir” – deyə Kartapolov bildirib. General qeyd edib ki, İŞİD sıralarında panika və fərarilik başlayıb. "İŞİD-in 600-ə yaxın üzvü nəzarət etdikləri rayonları tərk edib və hazırda Avropaya keçməyə cəhd göstərir” – deyə Baş qərargah rəisi bildirib.
Baki-xeber.com