Böyük Britaniyanın Müdafiə naziri Maykl Fallon Rusiyanın Suriyada apardığı əməliyyata etiraz edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
İngiltərənin The Sun qəzetində çıxan və BBS-nin efirindən yayımlanan bəyanatında Fallon qeyd edib ki, Rusiyanın hava əməliyyatı, İŞİD-dən daha çox, Əsədin düşmənlərinə qarşı yönəlib. Onun bildirdiyinə görə, əldə edilən kəşfiyyat xəbərləri göstərib ki, Rusiyanın həyata keçirdiyi 20 hava hücumundan yalnız biri İŞİD-ə qarşı yönəlmiş olub. "Biz hər sabah hücumları ıncələyirik. Onların böyük əksəriyyəti İŞİD-ə qarşı yönəlməyib” –deyən Fallon onu da əlavə edib ki, regionda vəziyyəti daha da gərginləşdirən bu əməliyyatlar Əsədi dəstəkləməyə yönəlib. "Bizim əlimizdə faktlar var ki, dinc əhalinin yaşadığı əraziərə atılan bombalar onların ölümünə səbəb olur. Onlar Əsədə qarşı vuruşan Azad Suriya Ordusunu hədəfə alıb” – deyə Fallon əlavə edib.
Britaniya müdafiə naziri onu da bildirib ki, Rusiyanın Suriya probleminə qarışması Böyük Britaniyanın İŞİD-ə qarşı hava əməliyyatlarının qarşısında əngəl ola bilməyəcək.