Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, son 24 saatda Suriyada İŞİD qüvvələrinin 9 hədəfi məhv edilib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. RF Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, Su-34 və Su-24M təyyarələrindən istifadə olunmaqla Rusiya HKQ Suriyaya 20 uçuş həyata keçirib və İdlibin Maaret əl-Numan, Cisr əl-Şuqur əyalətlərində terroristlərə məxsus 9 hədəf məhv edilib.
Açıqlamada o da qeyd olunur ki, Rakka şəhəri yaxınlığında "qrupa aid” yeraltı qərargah və yeraltı silah anbarı dağdılıb, lakin bunun hansı "qrupa aid” olduğu açıqlanmır. Nazirlik hücumlar zamanı betonu deşə bilən "Betab-500” raketlərindən, yüksək dağıdıcılıq qabiliyyətinə malik "Kab-500”lərdən və Su-34 hərbi təyyarələrindən istifadə olunduğu da bildirir.