Lazkiyə əyalətinin Bayırbucaq türkmən rayonu Rusiyanın aviasiya bombardmanına məruz qalıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Agentliyin yerlı sakinlərdən olan mənbələrinin xəbərinə görə, ötən gecə müxaliflərin Türkmən dağındakı mövqeləri havadan intensiv bombardmana məruz qalıb. Təyyarə snaryadlarından açılan atəş səsləri Yayladağında – Türkiyənin Suriya sərhədinə yaxın ərazidə aydın eşidilib.
Suriyanın Türkmən icmasının üzvü Tahsin Hoşkar Anadolu Agentliyinə açıqlamasında Rusiya təyyarələrinin müxalifətin mövqelərinə zərbələr endirdiyini təsdiqləyib. O əlavə edib ki, dinc sakinlər arasında itkilər var və rayon üzərində fasiləsiz olaraq PUA-ların uçuşu gözə dəyir.