Birləşmiş Ştatlar "İslam dövləti” terrorçu təşkilatına qarşı vuruşan Suriya müxalifətinə dəstəyi artırmağı planlaşdırır. Bu barədə baki-xeber.com Reuters-ə istinadən xəbər verir. Məmurların agentliyə bildirdiyinə görə, söhbət bir neçə minlik orta üsyançının silah-sursatla təchiz olunmasından və Türkiyə sərhədi yaxınlığında terroristlərin mövqelərinə zərbələr endirilməsindən gedir.
Sözügedən dəstək çərçivəsində Suriya münaqişəsində iştirak edən çoxsaylı hərəkatlardan hansının yardım alacağı barədə hələlik rəsmi informasiya yoxdur.