Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan şəffaf seçki naminə mediaya geniş rol ayırdığını bir daha göstərdi
Tarix: 03.10.2015 / 04:50
Bölmə: Gündəm
Əli Həsənov: "Biz medianı seçkilərin mühüm iştirakçısı kimi dəyərləndiririk"
Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, KİV rəhbərləri, MSK üzvləri iştirak edib.
Seminarda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bu, Ə.Həsənovun təşəbbüsü ilə belə formatda keçirilən ilk tədbirdir. MSK sədri bildirib ki, mətbuatla həmişə açıq işləməyə çalışıblar: "Biz həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın. Şərait yaratmışıq ki, KİV nümayəndələri sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak etsinlər. Şərait yaratmalıyıq ki, hər kəs iradəsini ortaya qoysun. Seçkinin missiyası odur ki, çoxluğun fikri ortaya qoyulsun. İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb".
M.Pənahov namizədlərin qeydiyyata alınma müddətinin bu gün başa çatdığını, oktyabrın 9-dan təşviqat kampaniyasına start veriləcəyini nəzərə çatdırıb: "Ona görə də bu tədbirin keçirilməsini zəruri saydıq. Bir məqamı da qeyd etmək istəyirəm ki, sosial şəbəkələr də faktiki daimi mətbuat orqanıdır. Sosial şəbəkədə təşviqat baxımından addım atılanda yüzlərlə dövrü nəşrin təsirindən daha çox olur. Ona görə də bu məsələyə də diqqət yetirilməlidir".
MSK sədri qeyd edib ki, seçkilərə kölgə salmaq üçün heç kimə bəhanə verilməməlidir.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda azad, plüralist cəmiyyət quruculuğu və bu prosesdə mətbuatın rolu barədə danışıb.
Ə.Həsənov bildirib ki, Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən bütün seçkilər demokratik və ədalətli olub (Trend).
Ə.Həsənov bildirib ki, seçki prosesi zamanı müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan sığortalanmayıb. Lakin ümumi nəticələrə görə bütün seçkilər ədalətli, demokratik keçib: "İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdır. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb".
Seçki prosesi zamanı mətbuatın fəaliyyəti haqqında danışan Ə.Həsənovun sözlərinə görə, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçkini izləmək hüququna malik olsunlar: "Biz medianı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. KİV-lərin vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının vəziyyətini öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mediadır Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma KİV-lər bunu obyektiv dəyərləndirir. KİV-lər seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, siyasi partiya bloklarına, ayrı-ayrı namizədlərə bərabər şərait yaratmalıdır. Mətbuat "KİV haqqında" Qanuna, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralist siyasətə söykənərək, namizədlər üçün bərabər şərait yaratmalıdır".
Ə.Həsənov deyib ki, eyni zamanda media dövlətin imicinin formalaşmasında iştirak edən mühüm vasitədir: "Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-lərin rolu əvəzsizdir. Dünyada ümumi tendensiya ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar. Amma o da sirr deyil ki, bütün dövlətlərdə KİV-lərin idarə edilməsi tendensiyası mövcuddur. Bütün dövlətlər çalışır ki, onun fəaliyyəti ilə bağlı informasiya yayan, həmin cəmiyyətdə mövcud olan ictimai ovqatı dəyərləndirən və bu barədə məlumat verən KİV-lər maksimum dərəcədə idarə olunsun".
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti də çalışır ki, KİV-ləri idarə etsin: "Amma nə dərəcədə biz buna nail oluruq, bu idarəçilik onların azadlığına, sərbəst fəaliyyətinə mane olur və ya olmur, bunu dəyərləndirmək lazımdır. Dövlətin KİV üzərində müəyyən nüfuza malik olması hansı mexanizmlə həyata keçirilir? Dünya ölklərində bunun müxtəlif yolları, vasitələri var. Biz Azərbaycanda KİV-ləri dəstəkləmək xətti götürmüşük. Bilirsiniz ki, bu, KİV-lərin maddi-texniki bazasını gücləndirmək, bu məqsədlə dövlət büdcəsindən müəyyən qrantlar ayırmaq, yaxud birbaşa onların bu və ya digər problemlərinin həllinə dövlət yardımı göstərmək xətti ilə həyata keçirilir. Azərbaycanda KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub və ona müvafiq olaraq Fond yaradılıb. Amma heç kim deyə bilməz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin total şəkildə KİV-in fəaliyyətinə müdaxiləsi formasında həyata keçirilir və ya bu müdaxiləyə şərait yaradır. Azərbaycanda heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, bütün jurnalist normalarını, azad jurnalistika prisiplərini hakimiyyət müəyyənləşdirir. Amma eyni zamanda, əlbəttə, biz dövlət olaraq bu resursların əhəmiyyətini dəyərləndirir və onunla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışırıq. Bizim KİV-lərə münasibətlərimizin təməlində tərəfdaşlıq dayanır".
Ə.Həsənov qeyd edib ki, ümumilli lider Heydər Əliyev Azərbaycanda KİV sahəsində plüralizmin formalaşmasının təməlində dayanır: "1998-ci il 6 avqust fərmanı ilə ümummilli lider KİV üzərindən senzuranı, sonrakı dövrdə isə bütün tənzimləyici və dövlət idarəedici mexanizmləri götürməklə, ləğv etməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralistik cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Hazırda Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan bloq açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü, düşüncəsini və digər məsələləri təbliğ edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya bilər, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilərlər. Biz sosial şəbəkələri idarə etmirik və etmək fikrimiz də yoxdur. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli lider tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən inkişaf etdirilir və bundan sonra da bu proses davam etdiriləcək".
Ə.Həsənov sonra bildirib ki, hər bir jurnalist Azərbaycanda seçki prosesini sərbəst şəkildə izləmək hüququna malikdir, amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-lərin nümayəndələrinə aid deyil: "Bu bütün dünyada belədir. Xarici KİV-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün normalar var. Onlar Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmək və Mərkəzi Seçki Komissiyasına müşahidə etmək arzularını bildirib, müvafiq sənədi aldıqdan sonra seçkiləri müşahidə edə bilərlər. İstərdik ki, mətbuat da bu barədə məlumat versin və Azərbaycan əleyhinə kampaniya aparanlar da bilsinlər ki, dövlətin idarəçiliyi qanunlar çərçivəsində həyata keçirilir və bütün hüquqi normalara əməl etmək lazımdır".
"Parlament seçkiləri ciddi məsələdir. Televiziyalarda namizədlərin təşviqatını şoulara çevirirlər, çox istərdik ki, bu şoular olmasın". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli seçki prosesində mətbuatın rolunun vacibliyini vurğulayıb.
MTRŞ sədri qeyd edib ki, mətbuat bu prosesdə mühüm rol oynayır və öz işini layiqincə yerinə yetirməlidir.
N.Məhərrəmli sonra vurğulayıb ki, namizədlərin təşviqatı ilə bağlı indiyə qədər televiziya kanalları barədə hər hansı şikayət MTRŞ-yə daxil olmayıb.
MSK üzvü Fuad Cavadov, Qabil Orucov da seçki prosesində medianın reklam fəaliyyəti barədə qanun normalarına geniş şərh veriblər.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev isə deyib ki, kütləvi informasiya vasitələri seçkiləri qərəzsiz, ədalətli işıqlandırmalıdır. Mətbuat Şurası fəaliyyətində KİV-lərin seçkiləri qərəzsiz, ədalətli işıqlandırmasını diqqət mərkəzində saxlayır.
Seçki dövründə media orqanlarının təşviqat kampaniyası ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməsini zəruri sayan U. Mirzəyev bildirib ki, Mətbuat Şurası seçkilər dövründə də monitorinqlər keçirir: "Mətbuat Şurasının apardığı monitorinqlər zamanı KİV-də seçkilərlə bağlı məlumatlar diqqət mərkəzində saxlanır, balans prinsipinin pozulması, kontekstdən çıxarılmış fikirlərlə manipulyasiya və digər mənfi hallar nəzərə alınır. Mətbuat Şurasının üzvləri seçki günü də seçki məntəqələrində olur, jurnalistlərə yaradılmış şəraitlə maraqlanırlar. Mətbuat Şurasının üzvləri bu dəfə də seçki günü seçki məntəqələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayacaq".
Müəyyən dairələrin anti-Azərbaycan kampaniyasına toxunan U.Mirzəyev beynəlxalq aləmdə Azərbaycan xalqının və dövlətinin müsbət imicinin formalaşması istiqamətində mətbuatın fəaliyyətinin önəmli olduğunu qeyd edib.
Daha sonra müzakirə media rəhbərlərinin iştirakı ilə davam etdirilib. Qəzetimizin baş redaktoru Aydın Quliyev bildirib ki, seçkidə medianın rolunu tənzimləyən hüquqi normalarla yanaşı, vətəndaşlıq borcu, dövlətçilik maraqları, milli mənafelər və ictimai-siyasi sabitliyin qorunması prinsipləri də çox əhəmiyyətlidir. Baş redaktor medianı bütün seçki boyu dövlətçilik maraqlarına maksimum söykənməyə, Azərbaycanı seçki adı ilə qaralamaq istəyən bəlli beynəlxalq cəhdlərə tutarlı cavab verməyə çağırıb.
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb
05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...
05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...
05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib
05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu
- dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...
05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər
- Tramp açıqladı...
05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...
05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır
– Heqset və Rubio “vurula” bilər...
05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqavilə imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ