Baham adalarında çoxlu evin və infrastrukturun dağılmasına səbəb olan "Hoakin” qasırğasında göyərtəsində 33 nəfərin də olduğu El Faro iri yük gəmisi yoxa çıxıb. Bu barədə The Washington Post yazır.
ABŞ sahil mühafizə xidmətinin məlumatına görə, 224 metr uzunluğunda yük gəmisi ilə əlaqə o, Kruked-Aylend adasının yaxınlığında tsiklonun tam ortasına düşərkən itib. Xəbərdə o da bildirilir ki, 31 Birləşmiş Ştatlar vətəndaşı və 2 polyakın olduğu gəmi Floridadan Puerto-Rikoya kurs götürübmüş. Axtarış-xilasetmə işlərinə təyyarə və helikopterlər cəlb olunub, lakin hələlik itən gəminin "izinə” düşülməyib.
Daha öncə güclü "Hoakin” qasırğasının Amerika sahillərinə yaxınlaşması barəsində xəbər verilmişdi. 2 sutka ərzində tsiklonun təhlükəlilik səviyyəsi üçüncü həddə qədər azalıb.
Baki-xeber.com