Yəmən hökuməti İranla diplomatik əlaqələrinin pozulması barədə deyilənləri təkzib edib.Bu barədə
Associated Press-ə Yəmənin hakimiyyət rəsmisi Raceh Badi məlumat verib. "İranla diplomatik əlaqələrə son verilməsi Yəmənin daha önəmli maraqları ilə üst-üstə düşmür” – deyə o bildirib.
Daha öncə yerli KİV Yəmənin İranla diplomatik əlaqəqələrini dayandırdığına dair xəbər yaymışdı. Ehtimal olunur ki, bu barədə qərar Tehranın üsyançı husiləri dəstəkləməsi fonunda gündəmə gəlib.
Baki-xeber.com