"İslam dövləti” terrorçu təşkilatına məxsus obyektlərin bombalanması sırasında partlayıcı qurğular istehsal edən sexə də aviazərbələr endirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin gazeta.ru-ya daxil olan press-relizində deyilir.
"İdlibin Maaret-ən-Nuuman əyalətində hücumçu Cu-25-lərin köməyilə qaz balonları istehsalı ilə məşğul olması görüntüsü ilə maskalanmış, əslində isə fuqaslar və əldədüzəlmə partlayıcı qurğular istehsal edən sex dağıdılıb. Eyni zamanda yaxınliqda yerləşən terrorçuların hərbi texnika və sursatlarının olduğu baza məhv edilib” – deyə Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenko bildirib.
Eyni zamanda o da bildirilir ki, atəş nəticəsində 10-dan çox piyadaların döyüş maşını da yanaraq yararsız hala düşüb.
Daha öncə verilən xəbərə görə, Rusiya təyyarələrinin zərbəsi nəticəsində İŞİD terrorçularının idarəetmə məntəqəsi sıradan çıxarılıb.
Baki-xeber.com