Birləşmiş Millətlər Təşkilatı bir sıra bölgələrində vəziyyətin gərginləşməsilə bağlı Suriyaya humanitar yardımlarını dayandırıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. BMT-nin xüsusi nümayəndəliyinin qərargahından bildirilib ki, Zedabani, Mədayə, Fua və Kəfariyə yaşayış məntəqələrində humanitar əməliyyatlar dayandırılır. BMT təşkilatın yardım üçün tam hərbi hazırlıq vəziyyətində olduğunu bəyan edib və tərəfləri atəşi dayandırmağa çağırıb.
Qeyd edək ki, bir neçə gün öncə İranın vasitəçiliyilə tərəflər Zedabani, Kəfariyə və Fuada atəşkəs barədə razılığa gəlib. Lakin Əsəd qüvvələri razılığı birtərəfli qaydada pozaraq Taftanaz kəndini çəllək bombası ilə atəşə tutub, nəticədə 6 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.