Çeçen xüsusi xidmət əməkdaşları "İslam dövləti” terrorçu qrupunun tərəfdarlarını yaxalayıb. Bu barədə mətbuata dövlət başçısı Ramzan Kadırov özü məlumat verib.
"Onlar üç nəfərdir: biri yeni üzv, digərləri tərəfdarları. Biz onları təsbit edib tutduq” – deyə Ramzan Kadırov bildirib. Onun sözlərinə görə, onlar daha iki nəfəri də az qala torlarını sala biliblər. Kadırov deyib ki, terrorçular "hörmətli ailələrin uşaqlarını” öz sıralarına cəlb etməkdə daha maraqlıdırlar: Onlar bilir ki, belə ailələrin üzvlərinin sözü daha sanballıdır. Ona görə də, 100 başqasındansa, bir nəfər beləsinə daha çox üstünlük verirlər” – deyə o əlavə edib. Kadırov onu da bildirib ki, terrorçularla mübarizəni yalnız respublika ərazisində aparmırlar:”Suriyaya onların dalınca adam göndəririk, gedib çatmayanları yarı yoldan qaytarıb gətiririk”.
Baki-xeber.com