Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb. Bu barədə baki-xeber.com müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib.
Məlumatda deyilir ki, Silahlı Qüvvələrimizin bölmələrinin açdığı atəş nəticəsində qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.