"Taliban” terrorçu hərəkatı ABŞ-ın hərbi-nəqliyyat təyyarəsinin Əfqanıstan səmasında qəzaya uğraması ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən bildirir.
Xəbərdə bildirilir ki, Lockheed C-130 Hercules hərbi-sərnişin təyyarəsi Əfqanıstanın şərqində qəzaya uğrayıb. Pentaqonun ilkin ehtimalına görə, təyyarə vurulmayıb. Təyyarədə 11 nəfər olub. Onlardan 6 nəfəri hərbçi və ekipaj üzvü, digərləri isə beynəlxalq antiterror koalisiyasının mülki ekspertləri olub.