Türkiyə, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı Rusiyadan mülki əhalinin olduğu yaşayış məntəqələrinin və müxalifətin mövqelərinin bombalanmasını dərhal dayandırmağı tələb edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Sözügedən ölkələrin birgə bəyanatında deyilir:” Türkiyə, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri Rusiya federasiyasının Suriyadakı son hərbi əməliyyatları ilə bağlı aşağıdakıları bildirir: "Biz Rusiya Federasiyasının Suriyadakı hərbi aktivliyindən dərin narahatlığımızı bildiririk. Rusiya HHQ-nin Homs, Hama və İdlibdə Daesh-in vurulmasına yönəlmiş aviazərbələri mülki əhali itkisinə səbəb olub. Bu cür hərəkətlər gərginliyin daha da artırılmasına xidmət edir və ekstremizm və radikallığın artmasından başqa heç nəyə gətirmir. Rusiya Federasiyasından mülki əhaliyə və müxalifətə yönəlmiş aqressiyanı dayandırmağı vəDaesh-ə qarşı mübarizəyə konsentrasiya olmağı tələb edirik”.