Saxalinin Korsakov şəhərində fırtınadan sonra dəniz limanı və sahil boyu bir neçə küçə suyun altında qalıb. Bu barədə baki-xeber.com TASS agentliyinə istinadən xəbər verir.
"Burada suyun səviyyəsi 1 metrə çatır. Həmçinin Yujnaya Mola rayonunun bir hissəsi, Priqorodnoye limanı, Korsakov-Novikovo ərazisində küçə suyun altında qalıb” – deyə bələdiyyədən bildiriblər.
Daha öncə bildirilmişdi ki, Saxalinlə materik arasında bərə nəqliyyatı qasırğa üzündən dayandırılıb. Hazırda Yujno-Saxalinsk aeroportu reysləri dayandırıb, həmçinin şəhərətrafı qatarların da hərəkətində fasilə yaranıb.