Əfqanıstanda Amerika hərbi-sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir. Həlak olan şəxslərin 5 nəfəri hərbçi, qalanları mülki vətəndaş olub. Onlar, başda Birləşmiş Ştatlar olmaqla, beynəlxalq koalisiya tərkibində müqavilə əsasında işləyirdilər.