ABŞ-ın Virciniya ştatında edam hökmü icra olunub. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, hökm inyeksiya (iynə) üsulu ilə yerinə yetirilib. 49 yaşlı Salvador kökənli Alfredo Prieto 1988-ci ildə qətl törətdiyinə görə bu cəzaya məhkum olunub.Bundan əlavə o, azı daha 7 insanın ölümündə şübhəli bilinir. Bu illər ərzində hüquqşünaslar onun əqli geriliyi olduğunu sübuta yetirməyə çalışıblar. Lakin ABŞ Ali məhkəməsi heç bir şərh vermədən edam hökmünün dayandırılmasından imtina edib.
2010-cu ildə Priete gənc qızın ölümündə və ona təcavüzdə suçlu bilinərək barəsində edam hökmü çıxarılıb. Eyni zamanda o, Vaşinqton yaxınlığında bir gəncin də həyatına son qoyub. 1992-cı ildə isə 15 yaşlı qıza təcavüz edərək onu öldürüb. Məhz buna görə məhkəmə onun Virciniyaya ekstradisiyası barədə qərar çıxarıb.
Qeyd olunur ki, son dəfə Virciniyada edam qərarı 2013-cü ildə icra olunub.