Tropik "Hoakin” fırtınası güclü qasırğa həddinə gələrək sürətlə ABŞ-ın şərq sahillərinə yaxınlaşır. Bu barədə baki-xeber.com CNN-ə istinadən bildirir.
"Hoakin” də "Sendi” qasırğası kimi 4-cü dərəcə ilə qiymətləndirilir. Nyu-Cersi ştatının xilasetmə xidməti yüksək hazırliq vəziyyətinə gətirilib. Qasırğanın Şimali Karolina, Cənubi Karollina və Virciniya ştatlarını vuraraq yuxarıya doğru hərəkət edəcəyi təxmin edilir.