Prezident İlham Əliyev İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresi qəbul edib. Bu barədə baki-xeber.com Prezidentin rəsmi saytına istinadən bildirir.
Görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlanıb. İsrail Dövlətinin sabiq prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.
Söhbət zamanı Azərbaycanla İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.