Türkiyə XİN başçısı Feridun Sinirlioğlu Rusiya HHQ-nin Suriyada apardığı antiterror əməliyyatlarının əsl hədəfi barədə deyilənlərdən narahatlıq keçirdiklərini açıqlayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
"Biz Rusiyanın Daesh mövqeləri əvəzinə müxalifət mövqelərinə aviazərbələr endirməsi barədə deyilənlərdən dərin narahatlıq hissi keçiririk. Bu informasiya doğrudursa, çox həyəcanvericidir. Belə bir fəaliyyət böhranın dərinləşməsinə səbəb olacaq ki, bu da Suriyada hökm sürən indiki xaos vəziyyətində bizə lazım ola biləcək ən axırıncı şeydir. Hadisələrin bu səpkidə inkişafı Suriya xalqının problemini çözməyəcək, hətta əksinə, onu daha da dərinləşdirəcək” – deyə Sinirlioğlu açıqlamasında bildirib.