Kreml, İraq hökuməti müvafiq xahişlə müraciət edərsə, Rusiya HHQ-nin bu ölkə ərazisində də Daesh terrorçu qruplaşmasına qarşı əməliyyat keçirə biləcəyini istisna etməyib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Rusiya XİN-in Departament rəhbəri İlya Roqaçov bəyan edib ki, İraq hökuməti belə bir istəklə müraciət edərsə, Rusiya HHQ İraq ərazisində Daesh radikal qruplaşmasına qarşı əməliyyat keçirə bilər. Bundan ötrü İraq hökumətinin müraciəti və BMT-nin müvafiq qərarı tələb olunur.
Qeyd edək ki, Rusiya sözügedən qruplaşmanın Suriyadakı obyektlərini iki gündür bombalamağa başlayıb.