Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ müdafiə naziri Eşton Karterin "Rusiyanın Suriyadakı əməliyyatları yalniz atəşin üzərinə yağ tökür” sözlərinə etiraz edib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən bildirir.
"Mən cənab Karterin verdiyi qiymətlə razılaşa bilmərəm. Bizə çox gərginlik nöqtələri bəllidir ki, orada atəşin üzərinə yağ tökülüb və bunu edən məhz Pentaqon olub” – deyə Rusiya XİN başçısı mətbuat konfransında bildirib.
Daha öncə Lavrov ABŞ-la Rusiya arasında ortaya çıxa biləcək istənilən anlaşılmazlıqdan qaçılmasına çalışacaqlarını bildirmişdi.