şənbə günü, 20 iyun 2026
     

Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş təntənəli mərasim keçirilib

Image


Oktyabrın 1-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümü münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan veteranları Respublika Hərbi Prokurorluğunun rəhbərliyi və kollegiyası adından təbrik edib. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub.

X.Vəliyev xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün digər qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrildiyini, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.

O bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən hadisədir.

Hərbi prokuror vurğulayıb ki, dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsinə uyğun təkmilləşdirilməsində "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

O, qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində mühüm işlər görülüb. Proqrama müvafiq olaraq, Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar və hüquqi təminat şöbəsi, xüsusi istintaq və maddi-texniki təminat şöbələri, eləcə də dövlətimizin başçısının müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılıb: "Digər hüquq-mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə edib və bütün mümkün tədbirlər bundan sonra da görüləcək”.

O deyib ki, dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük işlər görülməklə bir neçə yeni inzibati bina tikilib və əsaslı təmir olunub. Bu bayram günündə də prokurorluq orqanlarının kollektivi üçün ən böyük hədiyyə bizə ölkəmizin rəhbəri və dövlət səviyyəsində göstərilən etimaddır deyən hərbi prokuror, dövlət başçısı İlham Əliyevin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi prokurorluq işçilərinin sevincinə səbəb olub.

Prokurorluğa dövlət başçısı səviyyəsində göstərilən qayğı və fəaliyyətimizə verilən yüksək qiymətə görə hərbi prokurorluğun kollektivi adından Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirən X.Vəliyev əmin edib ki, Respublika Hərbi Prokurorluğu bundan sonra da öz işini göstərilən yüksək etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcək.

Sonda hərbi prokuror, ədliyyə general-leytenantı X.Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa medallar, fəxri fərmanlar və hərbi rütbələr təqdim edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ